“Bir həftə əvvəlki oyundan fərqli futbol nümayiş etdirmək istəyirdik. Xüsusilə ilk hissədə buna nail olduq. Topa daha çox sahib olduq, hücumlar qurduq, rəqibə təzyiq etdik və bir neçə yaxşı qol imkanı yaratdıq. Amma ilk qolu vura bilmədik”. Bu sözləri Finlandiyanın KuPS klubunun baş məşqçisi Miika Nuutinen UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Sabah”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Nuutinen “Sabah”ın hesabı açmasından sonra oyunun dəyişdiyini vurğulayıb: “Rəqibin ilk qolunun qarşısını daha yaxşı ala bilərdik. Bundan sonra oyuna əvvəlki kimi nəzarət edə bilmədik və enerjimiz də azaldı. Evdə 0:2 hesabı ilə uduzduğumuz üçün çox məyusuq. Amma Bakıda keçirdiyimiz ilk oyundan fərqli olaraq, bu dəfə olmaq istədiyimiz KuPS-a daha çox bənzəyirdik” (qol.az).
KuPS-un baş məşqçisi “Sabah”ı komanda kimi yüksək qiymətləndirib: “Biz çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq. “Sabah”ı təbrik edirəm”.
Xatırladaq ki, ilk matçda da qalib gələn (1:0) “Sabah” UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlib.
