Yunanıstanın “Panatinaikos” basketbol klubu fransalı müdafiəçi Silven Fransisko ilə üçillik müqavilə imzalandığını rəsmən açıqlayıb.
28 yaşlı basketbolçunun mövsümə təxminən 3,5 milyon avro qazanacağı, müqavilənin ümumi dəyərinin isə 10 milyon avronu ötəcəyi bildirilir.
Fransisko 2025/2026 mövsümündə Litvanın “Jalgiris” komandasında keçirdiyi 42 oyunda orta hesabla 16,5 xal, 2,9 ribaund və 6,5 məhsuldar ötürmə ilə yadda qalıb. O, hər görüşdə orta hesabla 27 dəqiqə meydanda olub.
Mövsümün yekununda Silven Fransisko Avroliqanın simvolik ilk komandasına seçilib, “Jalgiris”i Litva çempionluğuna daşıyıb və ardıcıl ikinci il final seriyasının ən dəyərli oyunçusu (MVP) adına layiq görülüb.
