İspaniya və Portuqaliya FIFA turnirin hüquqlarının bir hissəsini özəl investorlara satacağı təqdirdə, 2030-cu il dünya çempionatına ev sahibliyindən imtina etməyə hazırdır.

İspaniya və Portuqaliya turnirlərin hüquqlarının üçüncü tərəf investorlara satılacağı halda FIFA-nın himayəsi altında keçirilən yarışları boykot etməyə hazır olduğunu bildirən UEFA-nın mövqeyini dəstəkləyir. Lakin onların mövqeyi Mərakeşin yanaşmasından fərqlənə bilər. Belə ki, Afrika Futbol Konfederasiyası (CAF) FIFA-nın bu təşəbbüsünü daha az sərt qiymətləndirib.

İspaniya və Portuqaliyanın Mərakeşlə mövqelərinin fərqlənməsi onların birgə ev sahibliyi layihəsi çərçivəsində razılaşmaların əldə olunmasına mane olan amilə çevrilə bilər.

Xatırladaq ki, 2030-cu il dünya çempionatının əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeşdir. Bununla yanaşı, turnirin açılış oyunlarının Argentina, Uruqvay və Paraqvayda keçirilməsi planlaşdırılır.

Shares: