Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarına baş məşqçi təyinatları reallaşıb. AFFA bunu rəsmən elan etməsə də, 4 yığmanın çalışdırıcısı bəllidir.

Futbolinfo.az xəbər verir ki, assosiasiya U-20 və U-21 istisna olmaqla bütün komandaların baş məşqçisini dəyişib. 21 yaşlılara Rəşad Eyyubov rəhbərlik edirsə, dünya çempionatına hazırlaşan U-20 portuqaliyalı Rui Jorjeyə əmanətdir.

Yeni təyinatlara gəlincə, U-18-i bundan sonra Mahmud Qurbanov çalışdıracaq. 19 yaşadək futbolçular “Şəfa”nı Premyer Liqaya yüksəltdikdən sonra postunu itirən Elgiz Kərəmliyə tapşırılıb. U-17-yə yollar ayrılan Aqil Nəbiyevin köməkçisi Emin Mustafayev başçılıq edəcək. Payızda ölkəmizdə baş tutacaq U-15-lərin dünya çempionatına komanda hazırlamaq isə Aleksandr Qrossun boynundadır.

U-14 və s. yığmalarla bağlı qəti qərar yoxdur. Bütün komandalara məşqçilər seçildikdən sonra bu barədə rəsmi açıqlama veriləcək.

Shares: