Anatoli Nuriyevin formasını geyindiyi “Kişvarda “Macarıstan çempionatında növbəti matçına çıxıb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvünün komandası 4-cü tur çərçivəsində səfərdə “Nyiregyhaza” klubunun qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Nuriyev matçın 57-ci dəqiqəsində meydana daxil olub və komandasının yeganə qoluna imza atıb.

Hazırda 4 xalı olan “Kişvarda” 8-ci pillədə yer alıb.

Shares: