3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının “Sea Breeze”də keçirilən mərhələsində mübarizəni başa vurub.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi 1/4 finalda İspaniyanın “Madrid” kollektivi ilə üz-üzə gəlib.
İspaniya təmsilçisi əlavə vaxtda 14:12 hesablı qələbə qazanıb.
Qeyd edək ki, komanda daha əvvəl B qrupunda İspaniyanın “Arrasate Ointxe” klubunu (12:10) və Çinin “Yanjinq” kollektivini (21:13) üstələmişdi.
