“Neftçi”nin futbolçusu İmad Farajın Tunisin “Esperans” klubuna transferinin detalları müəyyənləşib.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Azərbaycan klubu bu keçiddən gəlir əldə edib.
Belə ki, yayılan məlumata görə, tunislilər 27 yaşlı vingerin transferi üçün qarşı tərəfə təxminən 1,3 milyon avro ödəyəcək. Halbuki “Neftçi” onu ötən il Kipr AEK-indən 700 min avroya almışdı.
Qeyd edək ki, İmad ötən mövsüm “Neftçi”nin heyətində 7 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
