Rusiyanın 15 yaşadək qızlardan ibarət millisinin baş məşqçisi Yelena Medved Qazaxıstanda təşkil olunan UEFA İnkişaf Turnirində Azərbaycan yığmasına qarşı keçirilən oyunu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis komandasının 13:0 hesablı qələbəsinə şərh verib.

O, Şimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüşün nəticəsindən məmnun olmadığını etiraf edib: “Belə böyük və fərqli hesabla qalib gəlməyi sevmirəm. Amma qızlarımız çox yaxşı oynadılar. Demək olar ki, bütün qol imkanlarımızı reallaşdırdıq. Bu oyunu unuduruq və irəliləyirik”.

Qeyd edək ki, U-15 millimiz son oyununu bu gün Belarus yığmasına qarşı keçirəcək. Komandamız ilk matçında Qazaxıstana 1:2 hesabı ilə uduzub.

Shares: