Londonda Formula E üzrə 2026-cı il mövsümünün final yarışı keçirilib.
Sonuncu Qran-pridə qələbəni britaniyalı Teylor Barnard qazanıb, niderlandlı Nik de Vris ikinci, isveçrəli Edoardo Mortara isə üçüncü olub.
Almaniyalı pilot Paskal Verlyayn isə mövsümün son yarışında əsas rəqibi Ceyk Dennislə yaşanan insidentdən sonra Formula E çempionu titulunu əldə edib. Son dövrələrdə iki pilot arasında toqquşma baş verib və nəticədə Dennis bolidinin ön qanadında problemlərə görə pit-stopa yollanıb. Nəticədə hər iki pilot xal zonasından kənarda finiş görüb və çempionluq Verlyayna nəsib olub.
