Milli Basketbol Assosiasiyasınında mübarizə aparan “Qolden Steyt Uorriorz” klubu sərbəst agent olacağı təqdirdə müdafiəçi Kley Tompsonu geri qaytarmaq imkanını nəzərdən keçirir.

Hazırda basketbolçuya “Mayami Hit” və “Los-Anceles Leykers” də maraq göstərir. Tompson özü gələcəyi ilə bağlı yayılan xəbərləri hələ şərh etməyib.

Xatırladaq ki, Tompson 2011-ci il MBA draftında “Uorriorz” tərəfindən ilk turda 11-ci sıradan seçilib və klubda 11 mövsüm keçirərək 2015, 2017, 2018 və 2022-ci illərdə dörd çempionluq qazanıb. 2024-cü ilin yayında isə Tompson “Dallas Maveriks”ə keçib və klubla üçillik müqavilə imzalayıb.

Shares: