“Neftçi” basketbol klubu Azərbaycan millisinin üzvü Derin Berközü heyətinə cəlb edib.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə 1 mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, 192 sm boya malik basketbolçunun son klubu NTD olub.
