Son üç mövsümdə MBA ulduzları Yannis Adetokunbo və Viktor Vembanyama basketbol meydançasında mütəmadi olaraq qarşılaşırlar. Onların duelləri artıq MBA-da maraqlı fərdi qarşıdurmalardan birinə çevrilib. İndi isə yunanıstanlı superulduz Vembanyama ilə meydançada deyil, şahmat taxtası arxasında rəqabət aparmaq istəyir.

“Complex UK” nəşrinə müsahibəsində “Mayami”nin forvardından “San-Antonio”nun mərkəz oyunçusu ilə şahmat oynayıb-oynamayacağı soruşulub. Yannisin cavabı isə belə olub: “Məmnuniyyətlə oynayardım. Bəlkə bundan sonra onunla əlaqə saxlayaram. Amma yox, ona meydan oxumaq fikrim yoxdur. Əslində, o, mənim xoşuma gəlir”.

Buna baxmayaraq, Yannis daha sonra Vembanyamaya şahmat oynamaq təklifi ilə müraciət edib: “Viktor, şahmat oynadığını eşitmişəm. Deyəsən, internetdə bir neçə videonu görmüşəm. Bəlkə mövsümlərarası fasilədə və ya mövsüm ərzində imkan olsa, səninlə oynamaq istərdim. Görək bundan nə çıxacaq”.

Shares: