UFC-nin keçmiş yüngül çəki çempionu gürcüstanlı Meraq Dvalişvili hazırkı yarımorta çəki çempionu rusiyalı İslam Maxaçevin İan Qarriyə qarşı döyüşündən sonra komandasının Rusiya bayrağını oktaqona çıxarmasına etiraz edib.
Dvalişvili bildirib ki, UFC prezidenti Dana Uaytın onların bayrağı açmasına icazə verməyəcəyini düşünürdü. O, Rusiya bayrağının dünyada qadağan olduğunu və həmin şəxslərin amerikalı olmadığını qeyd edib: “Mənə elə gəlirdi ki, Dana Uayt onların bayrağı qaldırmasına icazə verməyəcək. Axı, bu bayraq bütün dünyada qadağandır və həmin uşaqların heç biri amerikalı deyil. Mən bunu başa düşmürəm. Üstəlik, bayrağın üzərində adlar yazılmışdı, bu da mənə aydın deyil. Onlar mənə öz bayrağımdan, hətta Amerika bayrağından istifadə etməyə icazə vermirdilər. Bu, dəlilikdir”.
