ITF səviyyəsində doqquz turnirin qalibi olan rusiyalı tennisçi Rada Zolotaryova hansı ölkələrin onun öz bayraqları altında çıxış etməsi üçün təklif göndərdiyini açıqlayıb.
O bildirib ki, ona Azərbaycan, Gürcüstan, Özbəkistan və Argentinanı təmsil etmək təklifləri gəlib. Tennisçinin sözlərinə görə, bu təkliflərdən heç birini qəbul etməyib.
Zolotaryova Rusiyanı təmsil etməyi sevdiyini və buna görə də ölkə dəyişmək istəmədiyini vurğulayıb: “Həqiqətən təkliflər olub, amma mən həmişə imtina etmişəm, çünki ölkəmiz üçün çıxış etmək xoşuma gəlir”.
