“Ferrari ”7 qat dünya çempionu Lyuis Hemiltonla yaxın günlərdə əməkdaşlıq müddətini uzatmaq niyyətindədir.

İspaniyanın “El Partidazo de COPE” nəşrinin jurnalisti Karlos Migelin məlumatına görə, Hemilton “Ferrari” ilə müqaviləsini daha bir il uzadacaq və gələn mövsüm də Skuderiyanın heyətində çıxış edəcək. Bildirilir ki, rəsmi açıqlama komandanın ev yarışı olan İtaliya Qran-prisinin keçirildiyi Monzada verilə bilər.

Hazırda Lyuisin  “Ferrari”də qalacağı ilə bağlı bu məlumatın rəsmi təsdiqi yoxdur. Mövcud məlumatlarda britaniyalı pilotun yalnız 2026-cı ildə də komandanın heyətində olduğu göstərilir.

Shares: