Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Niderlandın “Tvente” klubu futbolçusu Sayf Ltayeflə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Erediviziya təmsilçisi məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi Polşanın “Krakoviya” klubu ilə müqavilə imzalayıb.

Tunis millisinin üzvü ötən mövsüm icarə əsasında Niderlandın “Sparta” və Almaniyanın “Qroyter Fyurt” komandalarının formasını geyinib.

Xatırladaq ki, “Qarabağ” bu gün “Tvente”yə qarşı pley-off mərhələsinin ilk oyununu keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Shares: