“Şamaxı” bu gün Misli Premyer Liqasının 2-ci turunda “Turan Tovuz”un qonağı olub.
Futbolinfo.az xəbər verir ki, oyundan sonra “şirlər”in baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib. Bağırov 0:0 hesabı ilə başa çatan matçı belə şərh edib:
“Tovuzda “Turan Tovuz”a qarşı oynamaq, bu azarkeşlərin qarşısında çıxış etmək çox çətindir. Çətin oyun oldu və mübariz komanda ilə qarşılaşdıq. Sona qədər tonusdan düşmədik. Azarkeşlərimzi bir xal münasibəti ilə təbrik edirəm. Düzgün oynamağın nəticəsində xal qazandıq, minumum səhvlə və əzmlə oynadıq”.
