Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Tvente” futbolçusu Sondre Eryaseterin müqaviləsini yeniləyib.

Futbolinfo.az xəbər verir ki, Niderland klubu 22 yaşlı norveçli hücumçunun müqaviləsinin müddətini daha bir il artırıb.

Yeni sözləşməyə əsasən, futbolçu 2030-cu ilin yayına qədər “Tvente”də çıxış edəcək.

2025-ci ilin yayında “Tvente”yə keçən norveçli futbolçu indiyədək klubun heyətində 40 rəsmi matça çıxıb, 5 qol vurub və 13 məhsuldar ötürmə edib.

Xatırladaq ki, “Qarabağ” – “Tvente” görüşü avqustun 27-də keçiriləcək və saat 20:00-da başlayacaq. Komandaların Niderlandda oynanılan ilk görüşündə “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib.

Shares: