Qazaxıstanın veteran futbolçusu Yusup Şadiyev “Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasını dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, 72 yaşlı mütəxəssis Bakı klubunun qısa müddətdəki yüksəlişini böyük nailiyyət olaraq qiymətləndirib.
Şadiyev “Sabah”ın uğurunu güclü legionerləri ilə əlaqələndirib: “Sabah” çox əhəmiyyətli uğura imza atdı. Vaxtilə “Neftçi”, “Qarabağ” tanınırdı, amma bu klub, ümumiyyətlə, mövcud deyildi. Bu, çox qısa müddətdə belə bir nailiyyət əldə etməyi bacaran gənc komandadır. Afərin! Mən Azərbaycan çempionatının səviyyəsinin Qazaxıstan çempionatından yüksək olduğunu düşünmürəm. Amma qeyd etmək lazımdır ki, onların legionerləri daha yüksək səviyyədədir”.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubunu üstələyərək əsas mərhələyə vəsiqə qazanıb.
