“Qarabağ” yeni transferlərini təqdim edib. Ağdam klubu hazırda “Tvente” ilə davam edən Konfrans Liqasının cavab pley-off matçının fasləsində yenilərinin adını açıqlayıb.
Ağdam təmsilçisi hücum xəttinə iki yeni oyunçu gətirib. Onlardan biri Polşanın “Qurnik Zabje” klubuna məxsus olan sol vinger Taofik İsmaeel (Taofeek Ismaheel), digəri isə almaniyalı hücumameyllli orta xətt futbolçusu, Fransanın “Reyms” klubunun üzvü Reda Khadradır.
“Qarabağ”ın bu addımı atacağını matçdan bir neçə saat öncə yazmışdıq. Hətta transferlərdən birinin kimliyini də ilk öncə “Futbolinfo” xəbər vermişdi.

