Beynəlxalq Konkisürmə İttifaqı (ISU) fiqurlu konkisürmə üzrə dünya çempionatlarında və Qran-pri yarışlarında mükafat fondunu artırıb.

Dünya çempionatında fərdi yarışların qalibləri 100 min, gümüş medalçılar 80 min, bürünc medalçılar isə 50 min ABŞ dolları qazanacaq. Cütlüklər və buz üzərində rəqs üzrə ilk üçlük üçün mükafatlar müvafiq olaraq 150 min, 120 min və 75 min dollar təşkil edəcək. Dünya çempionatının ümumi mükafat fondu 1,446 milyon dollar olacaq və ilk altı pillədə qərarlaşan idmançılar və duetlər mükafatlandırılacaq.

Avropa çempionatında fərdi yarışlarda ilk üç yer üçün 25, 20 və 15 min, cütlüklər və buz üzərində rəqsdə isə 35, 30 və 23 min dollar ödəniləcək. Qran-prinin mərhələlərində fərdi yarışlarda ilk üçlük 21, 15 və 10 min, cütlüklər və buz üzərində rəqsdə 27, 20 və 13 min dollar qazanacaq.

Qran-pri finalında bu məbləğlər fərdi yarışlarda 35, 25 və 17 min, cütlüklər və buz üzərində rəqsdə isə 46, 33 və 22 min dollar olacaq. ISU-nun dünya reytinqinin yekunlarına görə mükafat fondu 1,098 milyon dollar təşkil edəcək. Fərdi yarışlarda ilk 20, cütlüklər və buz üzərində rəqsdə isə ilk 10 duet mükafat alacaq. Reytinq liderlərinə fərdi yarışlarda 55 min, cütlüklərə isə duet başına 70 min dollar veriləcək.

Shares: