Bu gün Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son gündə 23 görüş keçiriləcək.

Beləliklə, yarışda Liqa mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gələcək.

Azərbaycan millisinin üzvlərinin də komandaları bu gün meydana çıxacaqlar. Mahir Emrelinin çıxış etdiyi “Rakuv” Polşada “Hayduk”u, Murad Məmmədovlu “Pafos” isə Kiprdə “Dinamo”nu qəbul edəcək. Hər iki oyunçumuzun komandası ilk matçda heç-heçə edib.

Qeyd edək ki, ötən gün “Harts” (Şotlandiya) “Rapid”i (Avstriya) mübarizədən kənarlaşdırıb və Liqa mərhələsinə vəsiqə qazanıb.

Konfrans Liqası
Pley-offun cavab oyunları

27 avqust

19:00. KuPS (Finlandiya) – “Şemrok Rovers” (İrlandiya)
İlk oyun – 1:1

20:00. “Yablonets” (Çexiya) – “Reyncers” (Şotlandiya)
İlk oyun – 0:1

20:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Luqano” (İsveçrə)
İlk oyun – 1:2

20:00. “Qarabağ” (Azərbaycan) – “Tvente” (Niderland)
İlk oyun – 1:0

20:45. “Frayburq” (Almaniya) – “Motervell” (Şotlandiya)
İlk oyun – 3:1

20:45. “Monako” (Monako) – “Qurnik” (Polşa)
İlk oyun – 3:2

21:00. “Brann” (Norveç) – PAOK (Yunanıstan)
İlk oyun – 1:1

21:00. “Rakuv” (Polşa) – “Hayduk” (Xorvatiya)
İlk oyun – 2:2

21:00. “Kopenhagen” (Danimarka) – “İnter Turku” (Finlandiya)
İlk oyun – 0:0

21:00. “Pafos” (Kipr) – “Dinamo” (Albaniya)
İlk oyun – 1:1

21:00. “Riqa” (Latviya) – “Klaksvik” (Farer adaları)
İlk oyun – 0:0

21:00. “İnter Eskaldes” (Andorra) – “Drita” (Kosovo)
İlk oyun – 2:2

21:00. “Hradets” (Çexiya) – “Panatinaikos” (Yunanıstan)
İlk oyun – 2:2

22:00. “Hapoel” (Təl-Əviv, İsrail) – “Atalanta” (İtaliya)
İlk oyun – 0:0

22:00. “Ayaks” (Niderland) – “Sion” (İsveçrə)
İlk oyun – 4:2

22:00. “Sent Qallen” (İsveçrə) – “Nordsyelland” (Danimarka)
İlk oyun – 0:1

22:30. “Austria” (Avstriya) – “Braqa” (Portuqaliya)
İlk oyun – 0:2

22:30. “Brayton” (İngiltərə) – “Tromse” (Norveç)
İlk oyun – 0:0

22:30. “Borats” (Bosniya və Herseqovina) – “Vikinqur” (İslandiya)
İlk oyun – 3:1

22:45. “Riyeka” (Xorvatiya) – “Midtyulland” (Danimarka)
İlk oyun – 0:2

23:00. “Partizan” (Serbiya) – “Xetafe” (İspaniya)
İlk oyun – 1:3

23:00. “Larne” (Şimali İrlandiya) – “Linkoln” (Cəbəllütariq)
İlk oyun – 2:0

23:00. “Hibernian” (Şotlandiya) – “Gent” (Belçika)
İlk oyun – 0:0

Shares: