“Neftçi” Bassala Sambu ilə vidalaşmağa çalışır. Bakılıların baş məşqçisi Yuri Vernidub 28 yaşlı ingiltərəlinin çıxışından məmnun deyil.

Futbolinfo.az xəbər verir ki, Seneqal əsilli oyunçunun Misli Premyer Liqasının ilk iki turunda oynamaması bununla bağlıdır. “Neftçi”yə ötən mövsümün əvvəlində gələn forvardın çıxışı ukraynalı mütəxəssisin ürəyincə deyil. Rəhbərlikdən onun əvəzinə daha yaxşı hücumçu alınmasını xahiş edən Vernidub Sambunun adını, ümumiyyətlə, matçların protokoluna yazmayıb.

“Neftçi” dünən Alessio Kurçi ilə vidalaşıb. Sambuyla bağlı məsələ isə qəlizdir. Çünki oyunçunun məvacibi kifayət qədər yüksəkdir və o, anlaşmaya qarşılıqlı razılıqla xitam vermək istəmir. Klub müəyyən məbləğdə təzminat ödəməklə onu yola salmağa çalışır.

Shares: