Azərbaycan millisi Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda ilk məğlubiyyətini alıb.

Futbolinfo.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda 4-cü turda Belçika ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 3:0 (25:19, 25:22, 25:23)

Azərbaycan millisi 8 xalla qrupda 3-cü pillədə qərarlaşıb. Belçika 11 xalla 1-ci, 8 xalı olan Niderland üçüncü sıradadır. Portuqaliyanın 3, Rumıniyanın 2, İspaniyanın 1 xalı var.

Xatırladaq ki, C qrupunun qarşılaşmaları avqustun 28-dək Bakıda təşkil olunacaq.

Shares: