Portuqaliyanın “Benfika” klubu “Bayern”in (Almaniya) və Portuqaliya millisinin üzvü Juan Palinyanı transfer edib.

Futbolinfo.az Portuqaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

Transferin məbləği 14 milyon avro təşkil edib. Bu məbləğ müəyyən edilmiş hədəflərə çatılacağı təqdirdə daha 5 milyon avro artacaq. Portuqaliya millisinin üzvünün sözləşməsində 50 milyon avroluq xitam tazminatı nəzərdə tutulub.

Qeyd edək ki, Juan Palinya ötən mövsüm icarə əsasında İngiltərənin “Tottenhem” klubunda çıxış edərək keçirdiyi 45 matçda 7 qol vurub. O, Portuqaliya yığmasının heyətində 37 oyunda meydanda olub.

Shares: