AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda Premyer Liqannı 2-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Zirə” – “İmişli” oyununda “İmişli” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilib.
“Neftçi” – “Araz-Naxçıvan” oyununda stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandığı üçün “Neftçi” komandası 2000 manat cərimə edilib.
