Mövsümün nüfuzlu velosiped yarışı olan Vueltada 4-cü mərhələ başa çatıb. Bu dəfə iştirakçılar Andorranın paytaxtı Andorra La Velye şəhərinin küçələrində hərəkət edib.
İlk yarış günündə “UA Emireyts” komandasının üzvü Tadey Poqaçar uğur qazanıb. Sloveniyalı velosipedçi bu dəfə 104,8 km məsafəni 2 saat 40 dəqiqə 35 saniyəyə qət edib. Ondan 2,39 saniyə geridə qalan “Lotto İntermarş”ın velosipedçisi Yarno Vidar ikinci yeri tutub. Eyni nəticə ilə yadda qalan “Dekatlon” komandasının avstriyalı üzvü Feliks Qall mübarizəni 3-cü sırada tamamlayıb. Tokio Olimpiadasının qalibi Primoj Roqliç bu mərhələdə 7-ci yeri tutub. “Red Bull” komandasının nümayəndəsi lider həmyerlisindən 2-ci pillənin sahibi kimi 2,39 saniyə geridə qalıb.
Ümumi sıralamaya Tadey Poqaçar 7 saat 38 dəqiqə 59 saniyəlik göstərici ilə başçılıq edir. İkinci sırada Roqliç, 3-cü yerdə isə “Movistar” komandasının ispaniyalkı üzvü Enrik Mas qərarlaşıb. Mübarizəyə sentyabrın 13-də Qranada şəhərində yekunda vurulacaq.
