“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Beer-Şeva “Hapoel”i ilə ev oyununun statistikası açıqlanıb.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu 5:2 hesabı ilə qələbə qazansa da, daha çox qol vurmaq imkanına malik olub.

Belə ki, Valdas Dambrauskasın yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə rəqib qapısına düz 33 zərbə vurub. Bunun 15-i “çərçivə”yə düşüb. İsraillilərin qapıçısı 5 qol buraxmasına baxmayaraq, düz 7 “seyv”lə yadda qalıb.

Sabah – Hapoel

Qollar – 5:2

Zərbələr – 33:14

“Çərçivə”yə zərbələr – 12:5

“Çərçivə”yə düşməyən zərbələr – 15:5

Bloklanan zərbələr – 6:4

Topa sahib olma faizlə – 53:47

Ötürmə sayı – 601:499

Dəqiq ötürmə sayı – 510:426

Dəqiq ötürmə faizlə – 85:85

Qapıçı “seyvi” – 3:7

Künc zərbələri – 11:3

Oyundankənar vəziyyət – 5:4

Sarı vərəqələr – 2:6

Qırmızı vərəqə – 0:2

Cərimə zərbələri – 22:13

Shares: