Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Qırğızıstan yığmasının “sükanı arxasında” cəmi 8 ay qalıb.

Futbolinfo.az Qırğızıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssislə müqaviləyə xitam verilib. Buna səbəb kimi federasiya rəhbərliyinin sözləşmənin şərtlərini dəyişmək istəməsi göstərilib. 57 yaşlı çalışdırıcı da buna razılıq vermədiyi üçün yollar ayrılıb.

Maraqlıdır ki, ötən ilin dekabrında Qırğızıstan yığmasının baş məşqçisi təyin olunan Prosineçkinin rəhbərliyi altında komanda heç bir rəsmi oyuna çıxmayıb.

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.

Shares: