2026/2027 mövsümündə avrokubokların təsnifat mərhələsində ev oyunlarındakı tamaşaçı sayına görə Azərbaycan 11-ci yerdədir.

Futbolinfo.az xəbər verir ki, reytinq Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının təsnifat mərhələlərində keçirilən ev matçlarındakı ümumi tamaşaçına əsasən müəyyənləşib.

Lakin pley-off mərhələlərinin cavab görüşləri nəzərə alınmayıb. Yəni “Sabah”ın Beer-Şeva “Hapoel”i ilə dünənki ev oyunu statistikada öz əksini tapmayıb.

Azərbaycan klubları təsnifat mərhələsində 9 ev oyununda 107 485 tamaşaçı toplayıb. Stadionların orta doluluğu 71,1 faiz təşkil edib. Bu göstərici ilə Danimarka, İsveç, Slovakiya, Qazaxıstan kimi ölkələri qabaqlayırıq.

Reytinqin ilk üç pilləsində isə Türkiyə, Şotlandiya və Polşa qərarlaşıb.

Tam sıralama:

1. Türkiyə — 253 686 tamaşaçı

2. Şotlandiya — 238 471

3. Polşa — 223 733

4. Portuqaliya — 220 677

5. Niderland — 203 407

6. Xorvatiya — 156 896

7. Yunanıstan — 151 380

8. Bolqarıstan — 150 631

9. Serbiya — 136 223

10. Rumıniya — 134 266

11. Azərbaycan — 107 485

12. Danimarka — 96 336

13. İsveç — 96 151

14. Slovakiya — 94 059

15. Qazaxıstan — 93 190

Shares: