Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulacaq. Sonuncu gündə 4 qarşılaşma keçiriləcək.

Türkiyə təmsilçisi “Fənərbağça” Fransada Lion “Olimpik”inin qonağı olacaq. Yunanıstanın AEK Bolqarıstan “Levski”sinin müqavimətini qırmağa çalışacaq. Norveç və Sloveniyada da maraqlı duellər var.

Bu cütlərin heç birində ilk görüşdə qalib müəyyənləşməyib.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

23:00. AEK (Yunanıstan) – Levski (Bolqarıstan)

İlk oyun – 0:0

23:00. Vikinq (Norveç) – Dinamo (Zaqreb, Xorvatiya)

İlk oyun – 2:2

23:00. Çelye (Sloveniya) – Slovan (Slovakiya)

İlk oyun – 1:1

23:00. Olimpik (Lion, Fransa) – Fənərbağça (Türkiyə)

İlk oyun – 1:1

Shares: