İspaniyanın “Selta” klubu Niderland təmsilçisi PSV-dən mərakeşli vinger Kouhaib Drioşu heyətinə cəlb edib.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

Mərakeşin U-23 milli komandasının üzvü karyerası ərzində Niderlandın “Ekselsior”, “Herenven” və PSV klublarında çıxış edib.

K.Drioş ötən mövsüm PSV-nin heyətində keçirdiyi 40 matçda 9 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. O, UEFA Çempionlar Liqasında oynadığı 12 qarşılaşmada isə 4 dəfə fərqlənib, 2 qolun ötürməsini verib.

Shares: