Azərbaycan Voleybol Federasiyası (AVF) ilə Avropa Voleybol Konfederasiyası (CEV) arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Bu barədə Futbolinfo.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Nazir Fərid Qayıbov CEV-in prezidenti Roko Sikiriçi qəbul edib. Görüşdə Azərbaycanda voleybolun inkişafı, ölkədə keçirilən beynəlxalq yarışlar, AVF ilə CEV arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və CEV-in vitse-prezidenti Qay Juvet də iştirak ediblər.
