“Qarabağ” yeni futbolçu ilə razılıq əldə edib. Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, bu Portuqaliyanın “Vitoriya” klubunda çıxış edən Telmo Arkanjodur.

25 yaşlı vingerlə bütün məsələlərdə razılıq əldə olunub. Onun yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir.

Telmo “Qarabağ” üçün yad sima deyil. O, Ağdam klubunun sabiq futbolçusu Leandro Andradenin əmisi oğludur.

“Qarabağ” bu futbolçu ilə bir neçə il öncə də maraqlanıb. Arkanjo “Tondela”da çıxış edərkən “köhlən atlar” onu sərəncamında görmək istəyib. Lakin həmin vaxt bu transfer baş tutmayıb. Bu mövsüm isə onun keçidi yenidən gündəmə gəlib.

Qeyd edək ki, Telmo Arkanjo “Vitoriya”nın heyətində 57 oyun keçirib və 6 qola imza atıb.

Shares: