2026/2027-ci illər mövsümü UEFA Çempionlar Liqası təsnifat mərhələsinin pley-off oyunlarının ikinci axşamının yekunlarına görə turnirin ümumi mərhələsinə çıxan son üç komanda müəyyənləşib.
Futbolifno.az xəbər verir ki, bu pley-offun cavab oyunlarından sonra aydınlıq gəlib.
Beləliklə, Çempionlar Liqasının ümumi mərhələsində aşağıdakı 36 komanda oynayacaq:
“Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “Aston Villa”, “Liverpul” (hamısı İngiltərə), “Barselona”, “Real”, “Vilyarreal”, “Atletiko”, “Betis” (hamısı İspaniya), “İnter”, “Napoli”, “Roma”, “Komo” (hamısı İtaliya), “Bayern”, “Borussiya”, “Leypsiq”, “Ştutqart” (hamısı Almaniya), PSJ, “Lans”, “Lill” (hamısı Fransa), PSV, “Feyenoord” (hər ikisi – Niderland), “Portu”, “Sportinq” (hər ikisi Portuqaliya), “Brügge” (Belçika), “Slaviya” (Çexiya), “Qalatasaray”, “Fənərbağça” (hər ikisi Türkiyə), “Şaxtyor” (Ukrayna), “Bodo Qlimt”, “Vikinq” (hər ikisi Norveç), “Sabah” (Azərbaycan), LASK (Avstriya), AEK (Yunanıstan) və “Slovan” (Bratislava).
