Türkiyənin “Beşiktaş” klubu Almaniyanın “Bayer” komandasının forvardı Ernest Pokunu icarəyə götürüb.
Futbolinfo.az İstanbul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Anlaşmada müəyyən şərtlərlə futbolçunun transfer hüquqlarının sonradan satın alınması öhdəliyi yer alıb.
22 yaşlı niderlandlı hücumçu 2025-ci ilin avqustundan “Bayer”də forma geyinir və Leverkuzen təmsilçisi ilə müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir. O, 2025/2026 mövsümündə 49 matçda meydana çıxaraq 6 qol vurub və 10 məhsuldar ötürmə edib.
Oyunçu daha əvvəl yetirməsi olduğu “Alkmar” komandasında çıxış edib.
