Qadın futbolçulardan ibarət Azərbaycan millisinin qapıçısı Mehriban Şahməmmədova karyerasını Türkiyədə davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, millimizin üzvü Türkiyənin 1-ci Liqasında çıxış edən “Kocaeli” klubuna transfer olunub.

Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Bu barədə Türkiyə təmsilçisi məlumat yayıb.

Xatırladaq ki, Mehriban Şahməmmədovanın son klubu Türkiyənin ALG komandası olub. O, 2024-cü ildən Azərbaycan millisində çıxış edir.

Shares: