“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olur.

Futbolinfo.az xəbər verir ki, püşkatma mərasimi Monakoda keçirilir.

Azərbaycan təmsilçisi “Barselona” (İspaniya) ilə üz-üzə gələcək. Sözügedən matç Bakıda keçiriləcək.

“Sabah”ın ikinci rəqibi “Arsenal” olacaq. İngiltərə təmsilçisi ilə görüş səfərdə keçiriləcək.

Növbəti rəqib Dortmund “Borussiya”sı olacaq. Almaniya təmsilçisi ilə görüş Bakıda baş tutacaq.

“Sabah”ı İngiltərəyə daha bir səfər gözləyir. “Mançester Yunayted” də Azərbaycan çempionuna rəqib olub. Bu matç da səfərdə olacaq.

İspaniyanın “Vilyarreal” komandası da “Sabah”a rəqib olub. La Liqa təmsilçisi ilə görüş səfərdə təşkil ediləcək.

Növbəti rəqib İtaliyanın “Napoli” kollektivi olacaq. Neapol klubu ilə görüş Bakıda keçiriləcək.

Praqa “Slaviya”sı da “Sabah”a rəqib olub. Çexiya klubu da Bakıya səfər edəcək.

Sonuncu rəqib isə Norveç təmsilçisi “Vikinq” olacaq. Qarşılaşma səfərdə keçiriləcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyunları 2026-cı il sentyabrın 8-dən 2027-ci il yanvarın 27-dək keçiriləcək. Turnirin final matçı isə 2027-ci il iyunun 5-də Madriddə təşkil olunacaq.

Shares: