Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub.

Futbolinfo.az xəbər verir ki, günün ilk matçında Belçika və Niderland komandaları üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı qarşılaşma Belçikanın qələbəsi ilə yekunlaşıb – 3:2.

Qrupda lider olan komanda bu qalibiyyət sayəsində xallarının sayını 13-ə çatdırıb. “Narıncılar” 9 xalla ikinci sıradadır.

C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda təşkil olunacaq.

Shares: