Kosovo Super Liqasında 3-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi “Malişeva” səfərdə “Feronikeli” komandasının qonağı olub.
Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
İsgəndərli matça start heyətində başlayıb. Bu nəticədən sonra “Malişeva” 7 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.
