“Fənərbağça”da daha bir ayrılıq reallaşıb. Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi Sofyan Amrabatla vidalaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mərakeşli yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Sofyan ötən mövsüm icarə əsasında “Betis”də çıxış edib. O, eyni zamanda Mərakeş millisi ilə dünya çempionatında forma geyinib.
Amrabat 2024-cü ildən “Fənərbağça”da idi. 30 yaşlı futbolçu “bülbüllər”lə 30 oyuna çıxıb.
