“Biz Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandıq. Bu, futbolda əldə edilə biləcək ən böyük nailiyyətlərdən biridir. Biz bunu çox istəyirdik. Yəqin ki, hər bir futbolçunun və hər bir məşqçinin böyük arzusu, böyük istəyidir”. Bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.

Litvalı mütəxəssis AzTV-yə müsahibəsində növbəti rəqiblər barədə də danışıb: “Rəqiblərimizə qarşı mübarizə aparmalı, döyüşməliyik. Əlbəttə, asan olmayacaq. Amma hər yolu tapmalıyıq ki, necə mübarizə aparacağımızı bilək. Əlbəttə, çox xoşbəxt olardım. İstərdim ki, bütün azarkeşlərimiz, bizi dəstəkləyən hər kəs tribunalarda yerini alsın. “Hapoel” ilə oyunda olduğu kimi möhtəşəm atmosfer yaratsınlar. Demək olar ki, onların dəstəyi sayəsində biz özümüzdə güc tapdıq və qalib gəldik. Ümid edirəm ki, azarkeşlər bizi sadəcə Çempionlar Liqasında deyil, yerli çempionatda da dəstəkləyəcəklər. Çünki onların köməyi ilə daha böyük nəticələr əldə edə bilərik”.

Dambrauskas yeni transfelər olmayacağını deyibb: “Müəyyən limit var və Çempionlar Liqasında sadəcə 17 əcnəbi futbolçu sifariş edə bilərsən. Daha sonra dəyişikliklər etmək mümkündür. Düşünürəm ki, ən azı qışa qədər üç cəbhədə – Azərbaycan çempionatında, kubokunda və Çempionlar Liqasında – bu heyətlə mübarizə aparacağıq. Onu da qeyd edim ki, biz heç kimdən çəkinmirik. Nəticələr necə olursa-olsun, bizim üçün əsas ən yaxşı oyunumuzu göstərməyə çalışmaqdır. Bizi buralara nəyin gətirdiyini unutmamalıyıq. Ən çox çalışmaq və hər gün məşqlərdə yüksək performans göstərməklə buna nail olmuşuq. Çalışacağıq ki, yenə yüksək performans göstərib yaxşı nəticələr əldə edək”.

Shares: