3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində yarımfinala yüksəlib.

Bakı klubu 1/4 finalda Tailand millisi ilə qarşılşaıb. Azərbaycan təmsilçisi bu görüşdə 19:12 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Neftçi SOCAR” yarımfinalda Kanada seçməsi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 11:10-da başlayacaq.

Shares: