Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi “Soçi” Rusiya I Liqasında növbəti oyuna çıxıb.

Sözügedən komanda “Çelyabinsk”i qəbul edib. Matç “Soçi”nin qələbəsiylə başa çatıb – 2:1.

Ramil görüşə start heyətdə başlayıb və 67-ci dəqiqədə Kuzminlə əvəzlənib. Qollar da onun meydandan çıxmasından sonra vurulub. “Soçi” son dəqiqələrdə ardıcıl 2 qolla qələbəni bayram edib.

“Soçi” I Liqada 9 turdan sonra 19 xalla 3-cü sıradadır. Komanda lider “Nijni Novqorod”dan 3 xal geri qalır.

Shares: