“Neftçi” daha bir transferə hazırlaşır.
Futbolinfo.az Şotlandiya mətbuatına istinadən xəbər verir ki, “Dandi Yunayted”in yarımmüdafiəçisi Viçko Şeveli Azərbaycana köçmək üzrədir. Bildirilir ki, xorvatiyalı oyunçunun transferi məsələsində klublar müəyyən məbləğ qarşılığında ortaq məxrəcə gəliblər.
25 yaşlı oyunçu ötən həftəsonu Şotlandiya çempionatında “Kilmarnok”la keçirilən səfər matçında iştirak etməyib. “Dandi Yunayted” rəhbərliyi Şeveliyə tibbi müayinədən keçmək və müqavilə şərtlərini müzakirə etmək üçün Bakıya səfər etməyə icazə verib.
Split “Hayduk”unun yetirməsi olan xorvatın “Dandi Yunayted”lə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir. Şeveli dayaq yarımmüdafiəçisi olsa da, müdafiənin mərkəzində və sağında da oynamağı bacarır.
