Türkiyə Superliqasının IV turunda baş tutmuş “Fənərbağça” – “Beşiktaş” oyununu tribunadan izləyən azarkeşlərdən biri vəfat edib.
Meydan sahiblərinin fanatı Yaşar Gerçek ürəktutmadan həyatını itirib.
Hər iki klub tərəfdarın ölümü ilə bağlı başsağlığı verib.
Xatırladaq ki, “Beşiktaş” rəqibini səfərdə 2:1 hesabı ilə məğlub edib.

