Dünya futbolu

“Valensiya” azarkeşlərindən etiraz

Без имени 17 - Futbolinfo.az

“Valensiya” azarkeşləri La Liqanın 4-cü turunda evdə “Barselona”ya 0:5 hesabı ilə məğlubiyyətdən sonra klub rəhbərliyinə və futbolçulara etiraz ediblər.

Matçdan sonra bir neçə min tərəfdar “Mestayya” stadionunun qarşısına toplaşaraq futbolçuları “muzdlular” adlandırıb, klub prezidenti Kiat Lim və komandanın sahibi Piter Limdən “vətənlərinə qayıtmalarını” tələb edib. Bəzi ultras qrupları matçın əvvəlində tribunaları boş saxlayıb, futbolçular və baş məşqçi Karlos Korberan qarşılaşmanın əvvəlində fitə basılıb, final fitindən sonra da azarkeşlərin etiraz səsləri eşidilib.

İspaniya mətbuatının məlumatına görə, 2025-ci ildə “Valensiya”ya rəhbərlik edən Piter Lim bu mövsüm ilk dəfə “Mestayya”da komandanın oyununu izləyib. Bu, mövsümün ilk turundakı heç-heçədən sonra “yarasalar”ın ardıcıl üçüncü məğlubiyyəti olub, komanda dörd oyunda cəmi bir qol vurub və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Shares: