Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunun oyunları Nepalda baş vermiş daşqınların qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutla başlayacaq. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Həmçinin həmrəylik və dəstək nümayiş etdirmək üçün stadionlarda «Nepal, sən tək deyilsən» yazılmış banner açılacaq.
“Bu həftəki oyunlardan əvvəl bütün Avropa futbol ailəsi Nepal xalqına dərin hüznünü və dəstəyini ifadə etmək üçün bir araya gələcək. Bu faciə və onun nəticələrindən sonra davam edən bərpa prosesində Nepal xalqına güc və dözüm arzulayırıq” – deyə UEFA prezidenti Aleksander Çeferin öz açıqlamasında bildirilib.

