Digər idman növləri

Azərbaycan taekvondoçuları beynəlxalq turnirin qalibi oldular

84a8x - Futbolinfo.az

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri İsveçrənin Sankt-Qallen şəhərində keçirilən “Swiss Open” beynəlxalq turnirində uğurlu çıxış ediblər.

Futbolinfo.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Cavad Ağayev (74 kq) və Minayə Əkbərova (46 kq) bütün rəqiblərini məğlub edərək turnirin qalibi olublar.

Azərbaycan komandası ümumi hesabda 1-ci olaraq turnirin kubokuna sahib çıxıb.

Shares: