Digər idman növləri

İtudis 30 komandalı yarış arzulayır

88d2c033 940d 4b46 bdf3 17dd83a65880 - Futbolinfo.az

“Hapoel Tel-Əviv”  basketbol klubunun baş məşqçisi Dimitris İtudis Avroliqanın gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Yunanıstanlı mütəxəssis 30 komandadan ibarət Avroliqa formatının tətbiq olunmasını arzuladığını bildirib. İtudis Serbiyanın “Mozzart Sport” nəşrinə açıqlamasında Avroliqanın əvvəlcə 24, daha sonra 26 komandaya qədər genişlənə biləcəyini deyib.

O, gələcəkdə komanda sayının 30-a çatdırılmasının mümkün olduğunu vurğulayıb: “Düşünürəm ki, 24 komandadan ibarət Avroliqaya doğru irəliləyirik. Bəlkə bundan sonra 26 komanda olacaq. Ola bilsin ki, gələcəkdə 30 komandadan ibarət Avroliqa görək. Mənim ümid etdiyim və arzuladığım budur. Liqanın qruplara və ya konfranslara bölünməsi, pley-offa vəsiqə qazanan komandaların bu şəkildə müəyyənləşdirilməsi… Məncə, bu, Avropa basketbolunun zirvəsi, çatılması mümkün olan ən yüksək səviyyə olar. Bütün Avropada mövsümün liqa əvəzinə Avroliqa oyunları ilə başa çatması və son matçların Avroliqanın pley-offlarında keçirilməsi ideal variantdır. Bunun qarşıdakı 10 il ərzində baş verib-verməyəcəyini bilmirəm. Ümid edirəm ki, Tanrı bizə sağlamlıq verər və bunu görmək bizə nəsib olar”.

Shares: